Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirinə hazırlıq planı bəllidir.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin meneceri Asif Əsgərov deyib:
"İyunun 14-də Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. 20-də isə Avstriyaya yollanmağı planlaşdırırıq. Təbii ki, üz-üzə gələcəyimiz sınaqçı-rəqiblərin adları və keçiriləcək yoxlama görüşlərinin sayı hələ bəlli deyil. Ancaq orada neçə gün qalacağımız ÇL-də ilk matçı harada keçirəcəyimizdən asılıdır. Birinci oyuna Bakıda çıxmalı olsaq, komanda iyunun 30-da Azərbaycana qayıdacaq. Ancaq ilk qarşılaşmanı Avstriyaya yaxın ölkələrin birində keçirsək, qalıb matça hazırlaşacağıq".
Nihat