Qadın boksçulardan ibarət Türkiyə millisi İstanbul şəhərində keçirilən dünya çempionatında tarixi nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, yığma mundialı 5 qızıl və 2 bürünc medalla başa vurub.
"Ay-ulduzlular"ın heyətində Ayşe Çağırır (48 kq), Busenaz Çakıroğlu (50 kq), Hatice Akbaş (54 kq) Busenaz Sürmeneli (66 kq) və Şennur Demir (+81 kq) çempion olublar. Sema Çalışkan (70 kq) ilə Elif Güneri (81 kq) isə bürünc medala yiyələniblər.
Bu nəticə ilə qardaş ölkə millisi komanda hesabında da birinci yeri tutub.