Futbol üzrə Xorvatiya çempionatının qalibinin mükafatlandırma mərasimi baş tutub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"suna qızıl medallar və çempionluq kuboku təqdim olunub.
Mərasim ölkə birinciliyinin son turunun matçının - "Hayduk"la ev oyununun (3:1) ardından gerçəkləşib.
Bu görüşdə sonadək ehtiyatda qalan Emreli də qızıl medalına qovuşub.
Qeyd edək ki, "Dinamo" bu mövsüm sona bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.
Nihat