İspaniyalı məşhur tennisçi Rafael Nadal "Real" və "Liverpul" arasında keçiriləcək Çempionlar Liqasının finalına artıq bilet alıb.
Fanat.Az xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, mayın 28-də Parisdə "Stade de Frans"da keçiriləcək həlledici matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
Əlavə edək ki, bu gün start götürən Fransa Açıq çempionatına görə Nadal da Parisdədir.