15:38 24.05.2022 1468

"Bir milyon tapsa, AFFA da bir o qədər verəcək" - Sərxan Hacıyev

AFFA-nın baş katibi Sərxan Hacıyev "Alanyaspor" futbol məktəbinin açılışında iştirak edib.

Federasiya rəsmisi tədbirin sonunda Fanat.Az-ın əməkdaşının da iştirakı ilə jurnalistlərin suallarını cavablandırıb.

- Qardaş ölkə olsa da, "Alanyaspor" futbol məktəbinin açılması beynəlxalq tədbirdir. Bunun yerli futbola nə kimi dəstəyi ola bilər?

- Əlbəttə ki, belə məktəblərin açılması Azərbaycan futboluna ancaq müsbət təsir göstərə bilər. Həmçinin "Alanyaspor" futbol məktəbinin açılması gələcəkdə futbolumuza yaxşı təsir göstərəcək. Təşəbbüskarlara mən də öz təbriklərimi çatdırmaq istəyirəm. "Alnyaspor"u da Türkiyə Super Liqasında uğurlu çıxışı münasibəti ilə də təbrik edirəm.

- Bəs "Alanyspor" futbol məktəbinin təşkilatçıları AFFA-dan hansısa dəstək gözləyə bilər? 

- Biz istənilən daşıqlara açığıq. Görüş barədə müraciət etdilər. AFFA olaraq bütün istək və təklifləri həyata keçirməyə çalışacağıq. 

- Milli komandanın yaxın gələcəkdə UEFA Millətlər Liqasındakı oyunları barədə nə deyə bilərsiniz?

- Millinin qarşısına qoyulan vəzifə ancaq qələbə və qrup lideri olmaqdır. İnşallah bu hədəfimizə çatarıq. 

- Milli komandanın futbolçularında yorğunluq müşahidə olunur...

- Yığmanın oyunçularında yorğunluq var, razıyam. Bu da anlaşılandır. Belə faktlar qaçılmazıdr. Ona görə ki, mövsümün sonudur. Yorğunluq məsələləri peşəkarlıq varsa, ikinci plana keçir. Əminəm ki, həm futbolçular, həm də məşqçilər əllərindən gələni edəcəklər ki, hər şeyin ən yaxşısına nail olaq. 

- Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların - "Kəpəz" və "Turan Tovuz"un aqibəti necə olacaq? 

- Maliyyə məsələsi çox müzakirə olunur. Həm "Turan Tovuz", həm "Kəpəz", həm də Birinci Diviziona yüksələn klubların dəstəyə ehtiyacı var. Klublara kənar sponsorlardan da dəstək olmalıdır ki, onlar istədikləri kimi çıxış etsinlər. Biz AFFA olaraq sahibkarlardan və iş adamlarından onlara maliyyə dəstəyi vermələrini xahiş etmişik. 
Burada şərtlər də var. Premyer Liqaya yüksələn klublar, məsələn, "Kəpəz" 1 milyon manat xərcləməyə hazır olan sponsor tapsa,  AFFA da əlavə bir o qədər verəcək. Hazırda klublar bu məbləği tapa bilmədiyi üçün AFFA bu vəsaiti ayırmayıb. 

- Ola bilərmi ki, adıçəkilən klublar hər hansısa problem ucbatından APL-də çıxış edə bilməsinlər? 

- AFFA-nın Lisenziya Komissiyası tərəfindən hər iki kluba lisenziya verilib. "Turan Tovuz" və "Kəpəz"in APL-də iştirak etməsinə sonda İK qərar verməlidir. Növbəti həftələrdə İK-nın iclası keçiriləcək. Bir neçə məsələnin müzakirə olunması gözlənilir. Bu mövzulardan biri də məhz "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqadakı çıxışı ilə bağlı olacaq. Orada bayaq verilən sualın cavabı tapılacaq. Sonda bu klubların elitada çıxış etməsini İK təsdiqləməlidir. 

- AFFA-nın nəzarət etdiyi klubların büdcəsində dəyişiklik gözlənilir? 

- AFFA-nın himayəsində olan klubların büdcəsinin artıb-azalması məsələsinə hazırda cavab vermək çətindir. Mövsüm sona çatıb. Yaxın gələcəkdə bu suallar da cavabını tapacaq. 

- Ölkəmizi avrokuboklarda təmsil edən klublarla bağlı fikriniz... 

- Ölkəmizi avrokubklarda təmsil edən klublara uğurlar arzulayırıq. Onlardan yalnız qələbə gözləyirik. "Qarabağ"ı xüsusi qeyd edərdim, böyük təcrübəsi var. Ümid edirik ki, bu dəfə əvvəlkilərdən də yaxşı oynayacaqlar. Digər klublarımızın isə qrup mərhələsinə adlamasını arzulayırıq. 

- Region Liqası haqda nə deyə bilərsiniz? Gələn mövsüm də AFFA bu çempionatı keçirəcək? 

- Region Liqası gələn mövsüm də baş tutacaq. Bu mövsüm Region Liqası olduqca maraqlı keçdi. Regionlarda azarkeşlərin futbol üçün necə darıxdığının şahidi olduq. Final da olduqca baxımlı alındı. Güclü rəqabət gedirdi. Qalib olan "Cəbrayıl" klubunu təbrik edirəm. "Xan Lənkəran" klubunu da uğurlu çıxışına görə təbrik edirəm. UEFA Region Kubokunun Azərbaycanda keçirilməsinin təşəbbüskarı bizik. Belarus bu yarışı keçirə bilmədiyindən məsuliyyəti öz üzərimizə götürmüşük. 

- Region Liqasının qalibi "Cəbrayıl" klubuna çempion olduğuna görə 10 000 manat verilməli idi...

- Qeyd edim ki, dünən "Cəbrayıl" klubu ilə görüş keçirmişik. AFFA olaraq bizdən bir neçə xahişlər oldu ki, biz də bunu yerdə qoymamağa çalışacağıq. Biz Azərbaycanı Avropada təmsil edən komandaya mütləq dəstək göstərməliyik. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

Facebookdan bizi izləməyi unutmayın.
X