AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdiyeva Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, noyabrın 9-da Oslodakı "Ullevaal” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.