İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasında Çempionlar Liqasının final matçının startı təhlükəsizlik baxımından təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə ispanların mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, 23:00-da başlanması nəzərdə tutulan oyunun startı növbəti elana qədər ən azı 15 dəqiqə gecikəcək.
Qeyd edək ki, matç Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq.