Çempionlar Liqasının final matçında "Real Madrid" "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, bu qələbə ispanların baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.
Belə ki, italiyalı mütəxəssis Çempionlar Liqasında dörd dəfə çempionluq əldə edən ilk məşqçi adını qazanıb. O, 3 dəfə ÇL-in qalibi olan Zinəddin Zidan və Bob Peyslini geridə qoyub.
Qeyd edək ki, Ançelotti buna qədər "Milan"la 2 (2003, 2007), "Real Madrid"llə isə 1 dəfə (2014) Çempionlar Liqasının qalibi olub.