“Qarabağ” Türkiyənin “Trabzonspor” və “Sivasspor” klublarına təbrik ünvanlayıb.
Fanat.Az xəbər verir ki, Ağdam klubu "Trabzonspor"u Türkiyə çempionu, "Sivasspor"u isə Türkiyə kubokunun qalibi olması münasibətilə təbrik edib.
Klubun "Twitter" hesabındakı paylaşımda bu sözlər qeyd olunub:
“Qardaş Türkiyədə Super Liqa çempionu olmuş “Trabzonspor”u, Türkiyə kubokunu qazanmış “Sivasspor”u təbrik edirik!”
Qardaş Türkiyədə Super Liqa çempionu olmuş @Trabzonspor-u, Türkiyə kubokunu qazanmış @Sivasspor-u təbrik edirik!#QarabağFK #AzərbaycanTürkiyə #birmillətikidövlət pic.twitter.com/NNNToDARHg
— Qarabağ FK (@FKQarabagh) May 29, 2022
Qeyd edək ki, “Qarabağ” özü bu mövsüm Azərbaycanda həm çempion olub, həm də kuboku qazanıb.