Bu gün Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldığı "Norway Chess" çərçivəsində blits turniri keçirilib.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizin rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olub.
Dairəvi sistemlə təşkil olunan yarışda Məmmədyarov 9 turdan 5 xal toplayaraq Giri və Anandla 3-5-ci yerləri bölüşdürüb. Rəcəbov isə 3 xalla sonuncu olub.
Nəticələr "Norway Chess"də start nömrələrini müəyyənləşdirəcək.
Qeyd edək ki, Norway Chess" turniri 31 may - 10 iyunda keçiriləcək.