21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Fanart.Az xəbər verir ki, görüşü Uelsdən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Robert İan Jenkins olacaq. Ona yan xətt hakimləri İan David Bird və Eşli Deyvis kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleks Makinç yerinə yetirəcək.
Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.