Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
2022/2023-cü illər mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə veriləcək. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli oyunçu statusunda olmalıdır.