“Arsenal”ın keçmiş hücumçusu Kevin Kempbell “topçular”ı “Roma”nın ulduzu Temmi Abrahamı almağa çağırıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" Kempbellin dediklərini belə çatdırıb:
“Abraham "Arsenal"ın azarkeşidir. O, A Seriyasında çox yaxşı çıxış edib. Dinamikdir və qol vurmağı bacarır. Mən onun gəlməsini istərdim".
Qeyd edək ki, 52 yaşlı veteran futbolçu 1988-1995-ci illərdə "Arsenal"da çıxış edib.
Emin