"Arsenal" hücumçusu Aleksandr Lyakazetti ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalanmayacaq.
"The Mirror" bildirir ki, fransız forvard artıq bir neçə Avropa klubunun diqqət mərkəzindədir.
Qeyd edək ki, Lyakazett 2017-ci ilin iyulundan London klubunda çıxış edir, 206 oyun iştirak edən futbolçu 71 qol vurub.
Emin