Dünya mətbuatında portuqaliyalı ulduz Kriştianu Ronaldunun agenti Xorxe Mendeşin "Bayern Münhen" ilə danışıqlar apardığı haqda xəbərlər yayılıb.
Fanat.Az-ın məlumatına görə, Almaniyanın "Bavariya Germany" saytı bu iddiaları təkzib edib:
"Bu, həqiqətə uyğun deyil. Ronaldunun keçidi "Bayern"nin transfer planlarına daxil deyil".
Qeyd edək ki, Kriştianu Ronaldunun klubu "Mançester Yunayted"dən ayrılacağı gündəmdədir.
Emin