Fransa prezidenti Emmanuel Makron Kilian Mbappenin PSJ-də qalmasında öz rolundan danışıb.
Fanat.Az xəbər verir ki, "Le Parisien" ölkə başçısının dediklərini belə çatdırıb:
“Sizi inandırım ki, belə işlərə qarışmıram. Hər bir vətəndaş kimi futbolda sadəcə yaxşı oyun izləmək istəyirəm. Sevimli komandam "Olimpik Marsel"i dəstəkləmək istəyirəm.
Mbappe ilə söhbətim olub, ancaq ona sadəcə Fransada qalmağı məsləhət görmüşəm. Prezidentin vəzifəsi ölkənin maraqlarını qorumaqdır”.
Emin