Məşhur argentinalı futbolçu Karlos Tevez futboldan getdiyini açıqlayıb.
Fanat.Az ESPN saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu atalığının ölümündən sonra futbol oynamağın onun üçün çətin olduğunu deyib:
“Mən karyeramı bitirirəm. Bu, rəsmidir. Bir çox təkliflər almışam, o cümlədən ABŞ-dan. Amma mən futbola bacardığım hər şeyi vermişəm.
Keçən il oynamaq çox çətin idi. Ən böyük azarkeşimi itirdiyim üçün futboldan gedirəm”, - deyə Tevez bildirib.
Emin