Avstriyanın Qras şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 təmsilçisindən yalnız Vüsal Qələndərzadə medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Avropa Kubokuna bu gün yekun vurulacaq. Sonuncu gündə daha 8 cüdoçumuz mübarizə aparacaq.