Seneqal millisinin üzvü Sadio Mane ölkəsinin futbol tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un hücumçusu ötən gün Afrika Kubokunun seçmə mərhələsinin Beninlə keçirilən oyununda (3:1) het-trik etməklə millinin ən yaxşı bombardiri olub.
Millidəki qol sayını 32-yə çatdıran Mane bu göstəricidə Anri Kamaranı (30) qabaqlayıb.