21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız Finlandiyanın uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Helsinkidəki eyniadlı stadionda keçiriləcək matçda millimiz 0:3 hesabı ilə məğlub olub. Görüşün 48-ci dəqiqəsində Musa Qurbanlının yerinə yetirdiyi penaltini rəqib qapıçı ustalıqla dəf edib.
Hazırda Azərbaycan millisi 7 xalla sonuncu- 5-ci pillədə qərarlaşıb. Siyahıya 19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.
Qeyd edək ki, yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.
AVRO-2023, seçmə mərhələ
Finlandiya – Azərbaycan 3:0
Qollar: Skottya 50, Antmann 55, Sadiku 79.
Reallaşdırılmayan penalti: 48 (qapıçı)
Finlandiya: Vilyami Sinisalo, Yuho Hyuvyarinen, Robin Tihi, Ville Koski, Matias Rale, Topi Keskinen, Oliver Antman, Ryuru Hannola, Adam Marhiyev, Naatan Skuttya, Kay Meriluoto
Azərbaycan: Əkpər Əliyev, Nihat Quliyev, Elvin Cəfərquliyev, Zamiq Əliyev, Elçin Mustafayev, Fərid Yusifli, Şakir Seyidov, Abdulla Xaybulayev, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı (k)
Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)
"Helsinki Football Stadium".