Mini-futbol üzrə milli komandamız Slovakiyanın Koşitse şəhərində təşkil olunan AÇ-2022-də növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma qrupdakı son matçında Albaniya ilə üz-üzə gəlib.
Milli matçdan 1:0 hesabı ilə qalib ayrılıb. Yeganə qolu Mirmehdi Rzayev vurub. Rəqib matçın gedişində qırmızı vərəqə alaraq azlıqda qalıb.
Bu qələbə sayəsində millimiz növbəti mərhələyə vəsiqə qazanıb. 1/8 finaldakı rəqibin adına III turun matçları başa çatdıqdan sonra aydınlıq gələcək.
Mirağa