Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən festivalda çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster yarışın üçüncü turunda qara fiqurlarla hindistanlı Harşita Quddanti ilə üz-üzə gəlib. Matç Səfərlinin qələbəsi ilə başa çatıb.
Beləliklə, xalını 2,5-ə çatdıran şahmatçımız liderdən yarım xal geri qalmaqla 7-ci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət festivalda ümumilikdə 54 şahmatçı iştirak edir.
Qeyd edək ki, Səfərli mayda İtaliyanın Montebelluna şəhərində təşkil olunan yarışda üçüncü yeri tutub.