14:34 10.06.2022 842

"Bizi heçə sayıb yeni komanda yaratmaları xoşagələn deyil" - Mirheydər Səfiyev

AFFA-nın növbəti mövsüm I Divizionda iştirakına icazə verdiyi üç yeni iştirakçıdan 2-si - "Mingəçevir" və "İmişli" yeni adla fəaliyyət göstərəcək. Düzdür, "Mingəçevir"i "Energetik"in hüquqi varisi elan etdilər və onların birləşdiyi elan olundu. Bəs "İmişli"? Bu rayonda "Mil-Muğan" fəaliyyət göstərsə də, onun Region Liqasında çıxış edən və I Divizionda iştirakına "yaşıl işıq" yandırılan "İmişli"yə aidiyyatı yoxdur. Axı bu, AFFA-nın 3 illik tələbi ilə uyğun gəlmir. Assosiasiyanın Əsasnaməsində bənd var ki, peşəkar liqada oynamaq istəyən klub azı 3 il Region Liqasında çıxış etməlidir. 

"İmişli"nin "Mil-Muğan"ın varisi olmadığını "MKT-Araz"dan tanıdığımız Mirheydər Səfiyevin Fanat.Az-a eksklüziv açıqlaması təsdiqləyir. "Mil-Muğan"ın direktorunun məsələ ilə bağlı mövqeyini diqqətinizə çatdırırıq:  

"Bir stadionda iki klubun fəaliyyət göstərməsinə normal baxmıram, mümkün olan şey deyil. "Mil-Muğan" hazırda burada fəaliyyət göstərir. Federasiyanın maliyyə dəstəyi ilə 10 yaşdan 17 yaşa qədər komandalarımız məşqlərini, oyunlarını burada keçirir. "İmişli" isə həvəskar komandadır, Region Liqasında yarışırdılar. Ancaq bundan sonra I Divizionda oynayacaqlar. Belədə, peşəkar komanda kimi qeydiyyata alınmalıdırlar. Açığı, mənim üçün müəmmalıdır və qaranlıq qalıb. Bir tərəfdə hər şeyi olan klub, digər tərəfdə də yeni yaradılan həvəskar komanda. Elə bunu birləşdirəydilər də".

Mirheydər Səfiyev "İmişli" adlanan komandanın I Divizionda iştirakına icazə verilməsini və bunun "Mil-Muğan"ın bazası əsasında edilməməsini anormal hesab edir: "Mil-Muğan" adı ilə oynamaq ona görə yaxşı olardı ki, varislik prinsipinə xələl gəlməzdi. Yəni nisbətən, biz daha köklü klub sayılırıq. "İmişli" isə yeni yaradılıb. Mətbuat da həmişə bunu haqlı tənqid edir ki, klublarımız 5-10 il fəaliyyət göstərdikdən sonra dağılır və yenisi yaradılır. "Mil-Muğan" 9 ildir fəaliyyət göstərir. Bizi heçə saymaq, üstümüzdən xətt çəkib yeni komanda yaratmaq xoşagələn deyil. Futbolçulara transfer və ya hansısa təşkilata hansısa borcumuz da yoxdur ki, deyim buna görə belə qərara gəliblər. Heç bir problemimiz yoxdur. Oyun və məşq meydançaları, bazası, yeməkxanası, trenajoru, duşu, avtobusu, ofisi, müdiriyyəti, işçiləri, mühasibi və bir çox imkanları olan klubu heçə sayıb, sıfırdan klub qurmaq məqsədəuyğun olmaz. Söhbət İmişli futbolundan gedirsə, ad dəyişməyin nə mənası var? "İmişli" Region Liqasında həvəskar kimi çıxış edib. Yəni nə təşkilat kimi qeydiyyatı, nə möhürü, nə VÖİN-i var. Amma bizim bütün sənədlərimiz qaydasındadır. 

"İmişli" komandasının birinci diviziona buraxılması ilə bağlı qərar çıxanda mənə o qədər zəng gəldi ki, elə bilirlər eyni komandayıq. Bir-bir başa salmışam ki, belə deyil. Ulu öndərin adını daşıyan, 7200 yerlik, UEFA-nın lisenziyası olan stadionumuz var. "İmişli" Region Liqasının bir-iki oyununu bizim stadionumuzda keçirib. Ot örtüyü ideal olmasa da, normaldır. Üstəlik, axı "Mil-Muğan" da federasiyanın öz klubudur. Bütün maliyyəmizi - bazanın, işçilərin, məşqçilərin, səfərə gedən U-15 komandamızın səfər xərcələri və sair - hamısını AFFA ödəyir. Düzdür, sonda federasiyanın qərarı həlledici olacaq. Yəqin futbol başbilənlərimiz optimal həll yolu taparlar".           

Məsələ ilə bağlı AFFA-nın mövqeyini də öyrənməyə çalışacağıq...

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

Facebookdan bizi izləməyi unutmayın.
X