Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığını yoxlama oyunu ilə başa vurub.
Fanat.Az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesablı qələbə qazanıb.
U-19-un heyətində hər iki qolu Ağadadaş Salyanski (57 və 77-ci dəqiqələrdə) vurub.
Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.