Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov bəyan edib ki, o, avrokuboklarda keçmiş komandası “Qarabağ”a azarkeşlik etməyə hazırlaşır. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən Azərbaycan klub futbolunda inkişaf olduğunu düşünürəm. “Neftçi”nin ötən mövsümkü uğuru hamıya bəllidi. Bu mövsüm iki klubumuzun bu uğuru təkrarlayacağına inanıram. Ümid edirəm ki, onlardan biri də “Qarabağ” olacaq. Ağdam klubuna azarkeşlik edəcəyəm”.
İdman24.az