15:33 14.06.2022 693

"Qarabağ" meydanda dominantlıq edəcək " - Mütəxəssis rəyi

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ”ın bu mərhələdəki rəqibi də məlum olub.

Bu, Poşanın "Lex" klubudur.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın ÇL-in ilkin təsnifat mərhələsindəki şanslarını dəyərləndirib:

"Şübhəsiz ki, mümkün rəqiblər arasında bizə ən çətin olanı düşdü. Estoniya, Şimali Makedoniya, Gürcüstan təmsilçiləri var idi ki, ilkin mərhələdə onlara qarşı daha rahat oyun keçirə bilərdik. "Qarabağ"ın tarixinə baxsaq, Polşa klubları ilə mübarizəsinin yüksək səviyyədə olduğunu görərik. Qeyd etməliyəm ki, onlara qarşı mübarizə aparmaq elə də asan olmayıb. Amma bu o demək deyil ki, biz qalib gələ bilmərik. Hesab edirəm ki, indiki vəziyyətdə "Qarabağ"ın durumu "Lex"i keçməyə imkan verir. Potensiala baxsaq, bu, belədir. 

"Qarabağ"da çıxış etdiyim zaman da Polşa klubları ilə qarşılaşmışıq. Amma deyim ki, həmin dövr indikindən fərqlənir.

Digər klublarımızı nəzərdən keçirsək, Avropa turnirlərində Polşa klubları ilə qarşılaşmada acınacaqlı məğlubiyyətlərimiz də olub. 

Səhv etmirəmsə, elə ilk olaraq "Qarabağ" "Visla"nı keçmişdi. Həmin oyunda mən ehtiyat oyunçular skamyasındaydım, karyeramın sonları idi. Səfərdə minimal hesabla qalib gəldik. Evdə isə mübariz oyun nümayiş etdirib 3:2 hesablı qələbə qazandıq. 

Son dövrlərdə "Qarabağ" Polşa klublarını üstələyir. Amma bu, heç də o demək deyil ki, asanlıqla qalib gələcəyik. Yenə də qeyd edim, öz komandamızın şanslarını daha yüksək qiymətləndirirəm. Qarşılaşma 70 faiz "Qarabağ"ın üstünlüyü ilə keçməlidir. Ağdam təmsilçisi meydanda dominantlıq edəcək.  

"Lex" intizamlı hücumlar qura biləcən komandadır. İkinci mərtəbədə oynamaq üstünlükləri var. Ucaboylu futbolçuları "Qarabağ"dakından daha çoxdur. Fiziki baxımdan da yaxşı vəziyyətdədirlər. 90 dəqiqə yorulmadan mübarizə aparacaq bir klubdur. Onlar standart vəziyyətlərdən fərqlənməyə üstünlük verəcəklər. Sözsüz ki, "Qarabağ"ın futbolçuları da buna diqqətlə yanaşmalıdır. Şübhəsiz Polşa klubu Azərbaycan çempionunun zəif və güclü cəhətlərini araşdıracaq. Ağdam təmsilçisini təhlil edəndən sonra vəziyyətdən çıxış yolunu standart vəziyyətlərdə axtaracaqlarını düşünürəm. 

Bütün dediklərimi nəzərə alsaq, "Qarabağ"ın bu rəqibi mübarizədən kənarlaşdırmaq şanslarını yüksək dəyərləndirirəm". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X