"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Poznan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi turnirin II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.