24-26 iyunda Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı bir cüdoçu təmsil edəcək.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bu, qadınlardan ibarət yığmamızın 48 kiloqram çəki dərəcəsindəki üzvü Leyla Əliyevadır.
Turnirdə 30 ölkədən ümumilikdə 272 idmançı mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl federasiyadan saytımıza verilən açıqlamada ölkəmizin sözügedən yarışda təmsil olunmayacağı bildirilmişdi.