Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın üçüncü turunda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.
Rəcəbov turninin son qalibinə qarşı ağ fiqurlarla oynayacaq.
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib, ardınca "qaralar"la Hikaru Nakamuraya (ABŞ) uduzub. Təcrübəli şahmatçı 0,5 xalla turnir cədvəlinin sonuncu - səkkizinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
III tur
Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE)
Dinq Liren (Çin) - Rixard Rapport (Macarıstan)
Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ)
Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)
Xal durumu: Karuana, Nepomnyaşi -1,5, Rapport, Firuzca, Duda, Nakamura - 1, Liren, Rəcəbov - 0,5.