FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1128 xalla 128-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya Braziliya (1837) başçılıq edir. Belçika (1821) 2-ci yerdə qərarlaşır. Üçlüyü Fransanı (1764) geridə qoyan Argentina (1770) qapayır. Türkiyə seçməsi 1472 xalla 42-ci yerdədir.