FIFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.
36 yaşlı referiyə yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.