Xorvatiyanın Poreç şəhərində təşkil olunan cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında qarışıq komanda turnirinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandası yarışa 1/4 finaldan başlayacaq.
Yığmamızın bu mərhələdə rəqibi Xorvatiya - Yunanıstan cütünün qalibi olacaq. İyunun 26-da baş tutacaq komanda yarışında ümumilikdə 14 ölkənin kollektivi qüvvəsini sınayacaq.