13:17 24.06.2022 1553

Rəzalət: Azərbaycanın ev sahibliyi etdiyi UEFA turnirini yayımlayan yoxdur 

Azərbaycan UEFA Region Kubokuna ev sahibliyi edir. İlkin mərhələnin oyunları ölkəmizdə keçirilir. Yarışın adı üstündədir: qitə futbol qurumunun təşkil etdiyi, başqa sözlə, beynəlxalq turnirdir.

İki qrupda ümumilikdə 5 komandanın mübarizə apardığı Region Kuboku dünən start götürüb və Bakıda keçirilən açılış matçında Gürcüstanın “Basiani” və Estoniyanın “Zapoos” komandaları üz-üzə gəlib. 1-ci qrupda Qazaxıstan "Kaskelen"i də yer alır. Bu gün isə 2-ci qrupda Azərbaycan təmsilçisi "Cəbrayıl" Şamaxıda  Belarusun “Kolos” komandası ilə qarşılaşacaq. 

Bununla belə, ölkənin futbol camiəsi beynəlxalq turnirə laqeyddir. Məsələ burasındadır ki, Region Kubokunun heç bir oyunu telekanallar vasitəsi ilə yayımlanmır. 

"CBC Sport"dan baş redaktoru Şəmsəddin Abbasov Fanat.Az-a açıqlamasında Region Kubokunu yayımlamamaqlarını belə əsalandırmağa çalışıb: "Hazırda fasiləsiz olaraq, VAR-ın çəkilişlərini edirik. Hakimlər müəyyən sayda VAR-la əlaqəli oyun idarə etməlidir ki, FİFA çempionatın startına qədər sistemin tətbiqinə icazə versin. Bir sözlə, hakimlər təcrübə toplamalıdır. Hamısı da əsasən aşağı yaş üzrə komandaların, 19 yaşlıların, əvəzedicilərin oyunlarıdır. Region Kubokunu buna görə göstərə bilmirik". 

"İdman TV"-nin direktoru Rövşən Binnətli isə məsələyə belə aydınlıq gətirdi: "Bildiyiniz kimi, son dövr biz Azərbaycan futboluna aid heç bir yayım eləmirik. Adətən, bu işi digər kanallardan olan həmkarlarımız edib. Bizə müraciət edən də olmayıb. Ona görə Region Kubokunun yayımı plana salınmadı".   

Ya zəlzələdən, ya vəlvələdən, Region Kubokunun oyunlarının televiziyada yayımlanmamasının bir adı var - RƏZALƏT! 

Sirr deyil ki, AFFA-nın keçirdiyi Region Liqasında son mövsüm ajiotaj və azarkeş marağı baxımından peşəkar sayılan Birinci Divizionu belə, geridə qoydu. Hətta bəzi oyunlarda azarkeş sayı Premyer Liqadakından da çox idi. Bu baxımdan, Şamaxıda keçirilən final matçında "Xan Lənkəran"ı üstələyərək çempionatın qalibi olan "Cəbrayıl"ın avrokubok oyunlarına maraq kifayət qədərdir. Ancaq... Ölkənin iki idman kanalı, həmçinin, futbol verilişləri ilə öz audutoriyası olan digər TV-lərdən heç biri Region Kubokunu yayımlamır. Aydın məsələdir, həvəskar status daşıyan və klub yox, komanda olan "Cəbrayıl"ın yayım işində təşəbbüs göstərməməsi maddi durumla izah oluna bilər. Bəs başqa vaxt kütləvilikdən dəm vuran AFFA, həmçinin, "CBC Sport" və "İdman Azərbaycan" niyə məsuliyyəti üzərinə götürmür? Bu da klublarımızın və ya millinin xaricdə keçirilən hansısa oyunu deyil ki, "siqnal"ı bəhanə edib pul umsunlar. "ASK Arena"dan və Şamaxıdan canlı yayım təşkil etmək bu qədər çətindir? 

Çox maraqlıdır: UEFA-nın keçirdiyi yarışa bu qədər laqeyd olacaqdıqsa, ona ev sahibliyi etmək, qitə futbol qurumuna ağız açmaq nəyə lazım idi? 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

Facebookdan bizi izləməyi unutmayın.
X