Bu gün AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik ilə yolları ayırdığını açıqlayıb.
Sabiq FİFA referisi Rəhim Həsənov AFFA-nın bu qərarına münasibət bildirib.
Fanat.Az-a danışan keçmiş hakim bu qərarın gözlənilən olduğunu deyib: "Ştuxlikin gedəcəyi gözlənilən idi. Bütün futbol ictimaiyyəti, klublar artıq təngə gəlmişdi. Gec də olsa, nəhayət ki, yola salındı. Görünür AFFA dərk elədi ki, onun iş fəaliyyəti çox aşağıdır və düzgün qərar verdi. Ümid edirəm ki, yeni yerli komitə rəhbəri bu işi layiqincə yerinə yetirər".
Ştuxliklə aralarında baş verən anlaşılmazlıq səbəbi ilə hakimlikdən uzaqlaşan Həsənov yeni komitə rəhbərindən dəvət alacağı halda, sevimli işinə qayıtmağa hazır olduğunu da vurğulayıb: "Mən demişdim ki, Ştuxlikin rəhbərliyi altında işləmərəm. Bilmirəm növbəti komitə rəhbəri kim olacaq, amma gələcək yeni rəhbər mənim qayıtmağımı məsləhət görərsə, böyük məmnuniyyətlə işimi bərpa edərəm".
Röya