“Tarixdə ikinci dəfə turnirin final mərhələsinə düşməyimiz, Azərbaycanın idman ictimaiyyətinin həyatında böyük hadisə oldu. Bu, böyük uğurdu". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.
Federasiya rəhbəri "Dördlər finalı" öncəsi azarkeşlərdən kömək istəyib: "Bu uğuru konkret hər hansı bir adla bağlamaq düzgün olmazdı. “Araz” kollektiv oyun hesabına uğura nail olub. Yerli azarkeşlər isə komandamıza əlavə köklənmə imkanı verəcəklər”.
Fanat.az