Bosniya və Herseqovinada cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçirilir
Fanat.Az xəbər verir ki, turnirin ilk yarış günündə qızlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Aytac Qardaşxanlı bürünc medal qazanıb.
O, üçüncü yer uğrunda həlledici görüşdə fransalı Yuliye Falqonu məğlub edib.
Qeyd edək ki, bu gün başa çatacaq yarışda Azərbaycan 7 (3 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.