Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su yeni mövsümə hazırlıq çərçivəsində ilk sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
Oyun zaqreblilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start "11-lik"də yer alan Mahir fasilədə əvəzlənib. Həmyerlimiz meydanı qolsuz tərk edib. "Dinamo"nun qollarına Drmiş, Andriç və Petkoviç imza atıb.
Nihat