Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev dünya reytinqində liderliyini itirib.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində yer alan 29 yaşlı idmançı ikinci sıraya enib. Onu ilk pillədə Davlat Bobonov (Özbəkistan) əvəzləyib.
73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov əvvəlki kimi üçüncüdürsə, Rüstəm Orucov 2 pillə geriləyərək səkkizinci yerdə qərarlaşıb.
60 kq-da Kəramət Hüseynov da iki pillə geriləyərək səkkizinci, Balabəy Ağayev isə 13-cü pillədə qərarlaşıb.
Orxan Səfərov (66 kq) yeddinci yerdə qalıb.
Millimizin yeni üzvü Səid Mollayi (81 kq) altıncı yerdən doqquzuncu sıraya düşüb.
100 kq-da Zelim Kotsoyevin mövqeyi dəyişməyib. O, əvvəlki kimi 11-cidir. Elmar Qasımov isə iki pillə geriləməklə 20-ci sırada qərarlaşıb.
Bir pillə enən Uşanqi Kokauri (+100 kq) hazırda doqquzuncudur.
Qadın cüdoçulardan Leyla Əliyeva (48 kq) Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirindəki beşincilik sayəsində 39-cu sıradan 29-cu pilləyə yüksəlib.