UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində oynanılacaq "Şerif" (Moldova) - "Zrinski" (Bosniya və Herseqovina) matçının məkanı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Tiraspol klubunun rəsmi saytı yayıb.
İyulun 12-də oynanılacaq qarşılaşma Kişineudakı "Zimbru" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Ukrayna ilə sərhəddə vəziyyətin gərginliyi göstərilib. "Şerif" bu qərarın müvəqqəti olduğuna ümid etdiyini bildirib.