Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb. Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yığma növbəti matçının iyunun 29-da Andorraya qarşı keçirəcək.
Kiçik ölkələrin Avropa çempionatı
A qrupu, I tur
20:30. Azərbaycan - Malta - 71:73
Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.