Bu gün Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 11 idmançısı 4 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında 60 kq çəki dərəcəsində Rəşad Yelkiyev, Nazir Talıbov, 66 kq-da Ruslan Paşayev, Tofiq Məmmədov, Tofiq Əliyev, Elçin Hüseynov, 73 kq-da Nəriman Mirzəyev, Telman Vəliyev, Nurlan Osmanov və Zaməddin Poladov tatami üzərinə çıxacaq. Qadınlardan isə Ramilə Əliyeva (48 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycan 17 (14 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunur.