"Real Madrid"in yarımmüdafiəçisi Lukas Vaskes komandanın italiyalı çalışdırıcısı Karlo Ançelottinin uğurunun sirrini açıqlayıb.
Fanat.Az xəbər verir ki, vingerin söylədiklərini AS nəşri belə çatdırıb:
"Nə düşünürəmsə, onu da deyəcəyəm. Ançelotti çox yaxşı insandır. Onun xeyirxah ürəyi var. Elə uğurunun ən böyük sirri də budur".
Qeyd edək ki, həm vinger, həm də cinah müdafiəçisi mövqeyində çıxış edən Vaskes "Real"ın öz yetirməsidir. Onun klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.
Nihat