Polşanın "Lex" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda öz meydanında "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib:
"Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik. Matç zamanı və görüşdən əvvəl həyəcanlı idim. Oyunçular və azarkeşlər üçün əla şou oldu.
Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi".