Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin məşqçilər heyəti yarışa 12 cüdoçu sifariş edib. Onlardan 7-si oğlan, 5-i qızdır.
Oğlanlar: Nurlan Kərimli, Murad Əliyev (hər ikisi 60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (90 kq), Kənan Nəsibov (+100 kq).
Qızlar: Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+78 kq).
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə ötən ildən təxirə salınan Avropa Gənclər Yay Olimpiya Festivalı 24-30 iyul tarixlərində təşkil olunacaq.