Son mövsümün yekunlarına əsasən, Rusiya Premyer Liqasını tərk edən Tula "Arsenal"ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev klubunu dəyişmək üzrədir.
Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, Ayazın Birinci Liqaya düşən Tula təmsilçisindən Qroznı "Axmat"ına keçəcəyi gözlənilsə də, bu transfer reallaşmayacaq.
Mənbə Quliyevin yaxın günlərdə "Ximki" ilə müqavilə bağlayacağını açıqlayıb.
Qeyd edək ki, Ayazın Azərbaycan millisinə cəlb edilməsi hələ də gündəmdədir.
Nihat