Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş reallaşıb.
Finlandiya “İnter”i Kosovonun “Drita” komandasını qəbul edib və minimal hesablı qələbə qazanıb.
Farer adaları təmsilçisi “Vikinqur” isə öz müydanında Cəbəllütariq “Europa”sından üstün olub.
Mərhələnin qalan oyunları iyulun 7-də keçiriləcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
6 iyul
İnter (Finlandiya) – Drita (Kosovo) 1:0
Vikinqur (Farer adaları) – Europa (Cəbəllütariq) 1:0