İyulun 8-dən 10-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə növbəti "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Beləliklə, Azərbaycanın 11 təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Kişilər
60 kq
1/16 final. Rövşən Əliyev - Mirzohid Mahammadjonov (Özbəkistan)
1/16 final. Əhməd Yusifov - Angelo Pantano (İtaliya)
66 kq
1/16 final. Yaşar Nəcəfov - Raximjon Subhonov (Özbəkistan)
1/16 final. İbrahim Əliyev - Yanislav Gerçev (Bolqarıstan)
73 kq
1/16 final. Hidayət Heydərov - Cek Yonezuka (ABŞ)
1/16 final. Rüstəm Orucov - Daniel Karqnin (Braziliya)
81 kq
1/16 final. Səid Mollayi - Aybol Nissanali (Qazaxıstan) / Atanasios Milonelis (Yunanıstan) cütünün qalibi
1/16 final. Zelim Tskayev - Zaur Dvalaşvili (Gürcüstan) / Demeter Bendequz (Macarıstan) cütünün qalibi
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Camal Petqreyv (Böyük Britaniya) / Qi Han (Çin) cütünün qalibi
100 kq
1/16 final. Elmar Qasımov - Zlatko Kumriç (Xorvatiya)
+100 kq
1/8 final. Uşanqi Kokauri -Xose Nova Alkantara (Dominikan) / Marius Fizel (Slovakiya) cütünün qalibi
Qeyd edək ki, "Böyük Dəbilqə"də 61 ölkədən 406 cüdoçu mübarizə aparacaq.