"Lex"in baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis görüşün çətin olacağını bildirib:
"Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir. Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.