Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının başlama vaxtları bəllidi. Fanat.az xəbər verir ki, ilk yarımfinalçı “Bakı” və “Rəvan” arasında paytaxt derbisində müəyyənləşəcək. Sonuncu cütün qalibi də Bakı klublarının iştirakı ilə baş tutacaq oyunda bilinəcək. Həmin görüşdə “Neftçi” “İnter”i qəbul edəcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 mart ( çərşənbə)
14:00. “Bakı” – “Rəvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu
17:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
19:00. “Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu
Fanat.az