"Qarabağ" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Filip Ozobiç matçdan sonra "CBC Sport"a açıqlamasında görüşü dəyərləndirib:
"Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik. Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik".
Qeyd edək ki, Ozobiç görüşün 40-cı dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.